Moskvada hava limanında Qerman Sterliqov saxlanılıbbackend

Moskvada hava limanında Qerman Sterliqov saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyinə onun vəkili Artur Ayrapetov bildirib.

“Qerman Sterliqov bu gün saat 17:00 radələrində İrəvandan Moskvaya gəlib və dövlət sərhədini keçəndən sonra saxlanılıb”, deyə Artur Ayrapetov bildirib.

Onun sözlərinə görə, çox güman ki, Q.Sterliqovun saxlanılması onun dövlətlərarası axtarışa verilməsi ilə bağlıdır.

Xatırladaq ki, Qerman Sterliqova qarşı Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs-qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.

İnterpress.az