Azərbaycanlı terrorçu həbs edildi-VİDEObackend

Azərbaycanlı terrorçu həbs edildi-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, bu il oktyabrın 18-dən 19-na keçən gecə xüsusi əməliyyat zamanı 10-a yaxın rayon sakini tutularaq naməlum istiqamətə aparılıb. Əməliyyatın hansı qurumun – Milli Təhlükəzilik Nazirliyi yoxsa Daxili İşlər Nazirliyi tərəfindən keçirməsi haqda hər hansı bir məlumat yoxdur. Tutulanlar sırasında vaxtilə “Yeni Müsavat”a açıqlama vermiş Anar Mahmudov da var. 2013-cü il sentyabrın 8-də qəzetdə gedən “Xaçmazlı fəhlə Bəşər Əsədə qarşı…” sərlövhəsi altında dərc olunan reportajda Suriyada döyüşən azərbaycanlılardan söhbət açılırdı. Onlardan 10 yaxının Xaçmazın Köhnə Xaçmaz kənd sakinləri olduğu, onlardan biri olaraq döyüşlərdən yaralanaraq qayıdan A.Mahmudovun fikirləri diqqətə çatdırılırdı. Video müsahibəni olduğu kimi təqdim edirik:

İnterpress.az