İsrail əsgərlərini daşıyan avtobus aşdıbackend

İsrail əsgərlərini daşıyan avtobus aşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin \”Kanal 2\” telekanalı, Ramallah yaxınlığında iki tədris korpusunu bir-birinə bağlayan yolda köçkünləri daşıyan bir avtobusun aşması nəticəsində bir qadın köçkünün öldüyünü, 50 köçkünün yaralandığını, yaralılardan 6-nın vəziyyətinin ağır olduğunu və 4-dən ümidin kəsildiyi bildirib.

Bu arada, Ramallah yaxınlarında aşan avtobusun İsrail əsgərlərini daşıdığı xəbər verilib.

Qəzadan sonra, avtobus sürücüsü qarşı zolaqdan sürətlə gələn Fələstinlilərə aid bir nəqliyyat vasitəsi səbəbilə avtobusun nəzarətini itirdiyini dediyib.

Yaralı əsgərlərdən biri \”0404\” xəbər saytına verdiyi açıqlamada Fələstinlilərə aid bir maşının qəzaya səbəb olduqdan sonra hadisə yerindən qaçdığını deyib.

Bu arada İsrail televiziyasının \”10\”-cu kanalı aşan avtobusun İsrail əsgərləri ilə dolu olması və qəzada həlak olanın qadın əsgər olduğunu bildirib.

İnterpress.az