İşıqsız qalan nardaranlılar meydanda ocaq qalayırlarbackend

İşıqsız qalan nardaranlılar meydanda ocaq qalayırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Nardaran sakinlərindən biri öz Facebook səhifəsində status paylaşıb. Meydanda ocaq qaladıqlarını və orda toplaşdıqlarını yazan sosial şəbəkə istifadəçisi şəkillər də paylaşıb.

Xatırladaq ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev mətbuata açıqlamasında: \”qəsəbədə elektrik enerjisinin kəsilməsinin məlum son hadisələrə heç bir aidiyyatı yoxdur\” deyib. Qurum rəsmisi bildirib ki, noyabrın 20-də “Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdi.

“Biz bir neçə gün əvvəl bütün borclu abonentlərə xəbərdarlıq etmişdik. Bir daha qeyd edirik ki, respublikada borcu olan bütün abonentlərə elektrik enerjisinin verilişi dayandırılacaq”.

Tanrıverdi Mustafayev onu da qeyd etdi ki, abonentlər borclarını ödədikdən sonra elektrik enerjisinin verilişi bərpa ediləcək.

“Azərişıq” ASC noyabrın 20-də xəbərdarlıq etmişdi ki, debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 23 noyabr 2015-ci il tarixində, saat 12:00-dan etibarən müvafiq qanunvericliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

İşıqsız qalan nardaranlılar meydanda ocaq qalayırlar
İşıqsız qalan nardaranlılar meydanda ocaq qalayırlar
İşıqsız qalan nardaranlılar meydanda ocaq qalayırlar

İnterpress.az