Rusiya quru qoşunlarını da Suriyaya cəlb etdibackend

Rusiya quru qoşunlarını da Suriyaya cəlb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Almanyanın \”Der Spiegel\” jurnalı, Rusiyanın Suriyada Bəşər Əsədə dəstək olmaq məqsədilə quru qoşunları ilə də mübarizə etdiyini gündəmə gətirdi.

Rusiya Prezidenti Vladimir Putin qəbul etməsə də, \”Spiegel Online\” əldə etdiyi məlumatlara əsaslanaraq Putinin Əsədi dəstəkləmək məqsədilə quru qoşunlarını da hərbi əməliyyatlara cəlb etdiyini iddia edərək,rus xüsusi birliklərinə bağlı ən azı iki əsgərin toqquşmalarda həyatını itirdiyini yazıb.

Ölən əsgərlərin Rus Hərbi Kəşfiyyatı \”GRU\”-ya bağlı əsgərlər olduğunu müdafiə edən jurnal, ölən əsgərlərə 12 noyabr tarixində Rostov-Don yaxınlığında olan 22-ci Xüsusi Qüvvələr Birliyində cənazə mərasimi təşkil olunduğu iddiası etdi.

Rusiyanın hava hücumları, hərbi və artilleriya qoşunları ilə Əsəd rejimini dəstəklədiyini qeyd edən \”Spiegel Online\”, İlyuşinin Rus hərbi təyyarələri və Mi-24 vertolyotları ilə Əsəd güclərinin münaqişə bölgələrinə köçdüyünü yazdı.

İnterpress.az