Sabah hava necə olacaq?backend

Sabah hava necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir duman olacağı, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 11-14, Bakıda gecə 8-10, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

İnterpress.az