“Ölümsüzlük dağı”nın sirri- FOTObackend

“Ölümsüzlük dağı”nın sirri- FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Anhuy əyalətindəki, əsl adı Huanqşan olan dağ barədə “Bu dağı görən başqa heç bir dağı görməsə də olar” deyilir.
1200 kvadrat kilometrlik sahəsi olan dağ sıx dumanla əhatə olunur. Həddindən artıq rütubəti havası, heyvan və bitki müxtəlifliyi diqqəti cəlb edir.
10 mindən çox yüz illik şam ağacının olduğu dağın simvolu isə Yunü təpəsindəki yenə nəhəng bir şam ağacıdır. Dağın ən diqqətçəkənləri isə şüşələri, daşları və isti bulaqlarıdır. Dağdakı daşlar da olduqca diqqətçəkəndir, çünki heyvan və insan şəkillərinə bənzəyir.
İndiyə qədər bu dağla bağlı yazılan şeirlərin sayı 20 mindən çoxdur. “Taoizm” tarixində də əhəmiyyətli bir yerə sahib olan “Huanqşan” dağının adı Çin xalqının atası olaraq qəbul edilən və 100 il taxtda qalan hökmdar Huanqdidən gəlir.
Əfsanəyə görə, Huanqdi qocalaraq ölmək istəmirmiş və ölümsüzlüyün yolunu tapmaq üçün bu dağa çıxıb. 480 il bu dağda işlədikdən sonra ölümsüzlük məcununu tapıb və və pəri kimi əbədi yaşayır.

“Ölümsüzlük dağı”nın sirri- FOTO

İnterpress.az