Dağıstanda imama görə aksiya oldubackend

Dağıstanda imama görə aksiya oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda yüzlərlə insan küçələrə çıxıb. İnterpress-in \”Kavkazskıy Uzel\” saytına istinadla verdiyi məlumata görə, 300-dən çox insan Dərbənddə məscid imamının saxlanmasına etiraz edib.

Dərbənd daxili işlər idarəsinin qarşısına toplaşanlar \”Aeroport\” rayonundakı vəhabi məscidinin imamaının saxlanamasına etiraz ediblər. Hələlik saxlanılan imama qarşı ittiham irəli sürülməyib. Ancaq o qarət, zorlamaya cəhddə ittiham edilir.

Dərbənd sakini olan imam fevral ayının 9-da axşam saatlarında saxlanılıb. İdarə binası qarşısına toplaşanların sözlərinə görə, polis onları dağıtmaq üçün havaya atəş açıblar. Aksiya iştirakçılarının sözlərinə görə, toqquşma baş verib. Nəticədə 20-yə yaxın insan saxlanılıb.

Məscidin binası güc sturukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb. Binada axtarış aparılıb.

Adıçəkilən rayondakı məscid isə imamın saxlanmasına baxmayaraq fəaliyyətini normal qaydada davam etdirir.

Bu gün saxlanılan şəxs barədə həbs qətiimkan tədbirinin seçilib-seçilməyəcəyi müəyyən ediləcək. İmama qarşı polisə Dağıstan sakini şikayət edib.

İnterpress.az