Türkiyə prezidenti: “Ey Amerika, sizin mövqeyinizə görə bölgə qan içindədir”backend

Türkiyə prezidenti: “Ey Amerika, sizin mövqeyinizə görə bölgə qan içindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Ərdoğan 20-ci muxtarlar toplantısında çıxışında bildirib ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: “Biz Amerikaya onların terror təşkilatı olduğunu deyirik, Amerika isə deyir ki, yox, biz onları terror təşkilatı olaraq görmürük. Ey Amerika, sizə neçə dəfə dedim, siz bizimlə yoxsa, terror təşkilatları olan PYD və YPG ilə bərabərsiniz? Ey Amerika, siz bizə nə PKK, nə PYD, nə də YPG-ni bizə tanıda bilərsiniz. Onları biz daha yaxşı tanıyırıq. DAEŞ-i də yaxşı tanıyırıq. Amma siz bu günə qədər adı çəkilən terror təşkilatlarının heç birini tanıya bilmədiniz. Məhz buna görə də bu gün bölgə qan içində, qan gölünə çevrilmiş bir vəziyyətdədir. Bu necə bir tərəfdaşlıqdır? Başa düşmək çətindir. Bizim dəfələrlə dediyimizə rəğmən, qarşımızda susur, biz onları terror təşkilatı kimi görmürük deyirlər”.

Xatırladaq ki, ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.(apa)

İnterpress.az