“Dünya ölkələri səhvə yol verdiklərini 37 ildən sonra anladı”backend

“Dünya ölkələri səhvə yol verdiklərini 37 ildən sonra anladı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İran prezidenti Həsən Ruhani İran İslam İnqilabının 37-ci ildönümü münasibətilə çıxışında deyib.
H. Ruhani bildirib ki, İran xalqı milli vəhdət və ali liderin tədbirli tövsiyələri nəticəsində bütün sanksiyaların ləğvinə nail olub, BMT Təhlükəsizlik Şurasının qətnamələri həmişəlik tarixə çevrilib, İranın dünya üçün təhlükə olması iddiasının yalan olduğu sübut yetirlib.
Prezident əlavə edib ki, İran xalqı sülhsevər xalqdır: “Xalqımız region və dünyanın sabitliyi və təhlükəsizliyinin təmini üçün çalışır. Bu gün İslam İnqilabının qələbəsindən 37 il keçir və ölkəmiz artıq milli qürurla inkişaf dövrünə çatıb. 37 ildən sonra dünya gücləri anlayıb ki, İran dövləti müvəqqəti, təcrid olunacaq dövlət deyil”.

O, dünya ölkələrinin ötən 37 ildə səhvə yol verdiklərini başa düşdüyünü, bütün böyük ölkələrin İran xalqı ilə əlaqələr qurmaq və əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib.

Həsən Ruhani qarşıdan gələn parlament seçkilərinə də toxunub , xalqı vəhdətə çağırıb: “Bu gün hamı birləşməlidir, milli mənafelərimizin ziddinə olan bütün ixtilaflardan uzaqlaşmalıyıq. Ölkənin inkişafı üçün daxili birləşməyə ehtiyacımız var\”. (azadinforum)