“Xəstəxanadan dedilər ki, qızım “donuz qripi”ndən ölüb”- VİDEObackend

“Xəstəxanadan dedilər ki, qızım “donuz qripi”ndən ölüb”- VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəstənin yaxınlarının sözlərinə görə, qripə yoluxmuş 8 aylıq hamilə qadın bir neçə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Onlar iddia edirlər ki, xəstəni yoxlamadan qeysəriyə əməliyyatı ediblər.

Mərhumun dayısı Etibar Xanalıyev bildirib ki, E.Xanalıyevanı başqa xəstəxanaya aparmağa imkan verməyiblər: \”Bizi qoymadılar, uşağımızı başqa özəl xəstəxanaya aparaq. Mərhum nəfəs almaqda çətinlik çəkirdi. Yoldaşı Sabunçu xəstəxanasına gətirdi ki, həkimlər onu müayinə etsinlər. Yəni, doğuşa görə xəstəxanaya gəlməmişdi. Həkimlər qərar veriblər ki, xəstə qeysəriyə əməliyyatı olunmalıdır və uşaq götürülməlidir. Bu zaman ağciyərində problem yaranıb və xəstə komaya düşüb. İki gün xəstə süni nəfəs aparatına bağlanıb. Sonra qəfil dünyasını dəyişib\”.

Mərhumun digər bir yaxınının sözlərinə görə, o, sətəlcəm imiş: \”Bu insan sətəlcəmdir, 1-2 dənə “başdangetdi” müalicə yazıb göndəriblər. Deyib ki, həkim, ölürəm, məni burada saxla. Həkim də deyib ki, heç nə olmaz, müalicə alacaqsan, keçib gedəcək. Qızın evdə halı pisləşib, təzədən qaytarıblar xəstəxanaya. Ailəsinə heç nə demədən əməliyyat ediblər. Uşağı istəmirik, ananı verərdilər bizə\”.

Mərhumun anası isə xəstəxanada qızının “donuz qripi” olduğunu iddia etdiklərini dilə gətirib: \”Mənim uşağımda \”donuz qripi\” olduğunu dedilər, halbuki analizi tərtəmiz idi. Niyə öldürdülər mənim balamı? Onun 3 uşağını kim saxlayacaq?\”

Xəstəxanadan isə bildirilib ki, qadına bütün lazımi yardım göstərilib. Uşaq sağ olsa da, ananın həyatını xilas etmək mümkün olmayıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov aparılacaq araşdırmalardan sonra açıqlama verəcəyini bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova qeyd edib ki, yalnız fakt araşdırıldıqdan sonra nazirlik tərəfindən məsələyə münasibət bildiriləcək. ( region tv )

İnterpress.az