Kasıblar üçün qüsurlu proqrambackend

Kasıblar üçün qüsurlu proqram

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qalib Toğrul: «Özünüməşğulluq mütləq ünvanlı sosial yardım proqramından ayrılmalıdır»
Azərbaycan prezidenti İlham Əliyev əhalinin özünüməşğulluğunun təmin olunması ilə bağlı verdiyi sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 milyon manat ayırıb.

İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul sərəncamla bağlı bir çox sualların meydana çıxdığını bildirir: \”Özünüməşğulluq nədir? Özünüməşğulluğun ƏƏSMN-in bir neçə il əvvəl həyata keçirdiyi \”Özünüdəstək\” layihəsindən hansı prinsipial fərqləri var? Özünüməşğulluğa çıxmaq imkanı əldə edənlərin hər biri nə qədər vəsait alacaq? Vəsait hansı kriteriya ilə ayrılacaq? Və sair.

Hələ ki, ortada Səlim Müslümovun bu suallara qismən cavab verən bir açıqlaması var. Açıqlamanın özəyini iki cümləyə belə yığmaq olar: Prezidentin ayırdığı 6 milyon manatla 68 rayonun hər birindən 20 ailə olmaqla 1400-ə yaxın aztəminatlı ailə 4 min manatla biznesini quracaq. Seçim aparılarkən ünvanlı sosial yardım alan ailələrə, xüsusilə ən azı 2 nəfər əmək qabiliyyəti olanlara üstünlük veriləcək, layihənin icrasında onlara verilən təsərrüfat əşyalarının, mal-qaranın və sairənin sığortalanması təmin ediləcək.

Baxmayaraq ki, sərəncamda özünüməşğulluq işsiz əhaliyə ünvanlanıb, ancaq nazir artıq yəqin edib ki, vəsaiti aztəminatlı ailələrə versinlər\”.

Q.Toğrulun sözlərinə görə, qanunla bu ailələr aztəminatlı ailə sayılır: \”Aztəminatlı ailə – orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailədir. Ehtiyac meyarı isə sosial yardımın verilməsi üçün istifadə olunan bir anlayışdır, hazırda onun məbləği 105 manatdır. Nazirin \”vəsaitə əvvəlcə aztəminatlı ailələrə veriləcək, sonra \”ünvanlı sosial yardım alanlara üstünlük veriləcək\” deməsi yanlışdır. Niyə? Ona görə ki, mənim, sənin, onun aztəminatlı ailə olduğumuzu təsdiq edən yeganə sübut ünvanlı sosial yardım almağımızdır. Hansısa dövlət orqanı ünvanlı sosial yardım almayan ailəyə arayış verə bilərmi ki, o aztəminatlı ailədir?

İkincisi, sərəncamda söhbət əhalidən gedir, orda nə aztəminatlı ailə sözü var, nə də ümumiyyətlə ailə sözü var. Azərbaycan qanunvericiliyinə görə, özünüməşğulluq nədir? Qanuna görə, özünüməşğulluq – əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin etməsidir. Nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində özünüməşğulluq ailəyə şamil olunan bir anlayış deyil. Elə bizim qanunvericilikdə də deyildiyi kimi, əmək qabiliyyətli işsizlərin heç kimdən asılı olmadan müstəqil surətdə iş qurmasıdır.

Ekspertə görə, özünüməşğulluğun Nazirliyin bir neçə il əvvəl həyata keçirdiyi \”Özünüdəstək\” proqramından fərqi yoxdur: \”Yenə də vəsait aztəminatlı ailələrə veriləcək, yenə də kəndliyə inək, qoyun almaqdan danışılır.

Baxmayaraq ki, \”Özünüdəstək\” layihəsindən fərqli olaraq Özünüməşğulluq bir sahibkarlıq layihəsidir. Özünüməşğulluq imkan verir ki, işsiz sahibkarlıq fəaliyyətinə başlamaq imkanı əldə etsin. Ona görə də ona qarşı tələblər olmalıdır. Gəlin özünüməşğulluğa çıxış imkanı əldə edəni şərti olaraq Türkiyə türkləri kimi girişimçi adlandıraq ki, hər dəfə 3 sözdən ibarət ifadəni təkrarlamayaq. Girişimçi (özünüməşğulluğa iddialı olan) mütləq iqtisadiyyatla, sahibkarlıqla bağlı kurs keçməli və sonunda imtahan verib sertifikat almalıdır.
Şərt qoyulmalıdır ki, kursu bitirib sertifikat almayan özünüməşğulluq layihəsinə qoşula bilməz. Bu məsələdə Türkiyə təcrübəsindəki kimi iqtisadiyyat təmayüllü universitetlərin potensialından faydalanmaq olar. Özünüməşğulluq layihəsindən faydalanmaq istəyən girişimçi mütləq biznes-plan yazmaq bacarığına malik olmalıdır. Və həmin biznes-plan qiymətləndirilərək ona nazirin dediyi 4 min manat verilməlidir.

Bir əsas məqamı da deyim. Özünüməşğulluq mütləq ünvanlı sosial yardım proqramından ayrılmalıdır. Əks halda onun heç bir səmərəsi olmayacaq. Ola bilər ki, girişimçiyə tutaq ki, bir il müddətində ya işsizlik müavinəti, ya da ünvanlı sosial yardım verilsin, bu, əksinə daha effektli olardı. Sosial yardımdan ayırmaq deyəndə, yenə də eyni bazaya yığılmış insanların içərisindən seçim aparmaqla auditoriyanı məhdudlaşdırmaq cəhdlərini nəzərdə tuturam və pisləyirəm. Bu halda özünüməşğulluğun heç bir səmərəsi olmayacaq\”.(bizimyol.info)

İnterpress.az