“Akula” Akifin keçmiş ortağı “Green Park Azərbaycan” MMC direktoruluğundan çıxarılır?backend

“Akula” Akifin keçmiş ortağı “Green Park Azərbaycan” MMC direktoruluğundan çıxarılır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı Veteninfo.az-a daxil olan məlumata görə İnam Kərimov nazir təyin olunduqdan sonra,nazirliyinİstehsalmüəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə Aydəm İsmayılov adlı iş adamını təyin etməsi nzirlik daxilində belə rezonansa səsəb olmuşdu. Çünki Aydəm İsmayılovun adı sabiq MTN naziri Eldar Mahmudovun ən yaxın tərəfdaşı olaraq tanınan və ölkədəki iş adamlarının başına müxtəlif oyunlar açan \”Akula Akif” kimi tanınan Akif Mustafayevin ortaqlarından biri olub. İddialara görə, nazirlirlikdə işlə təmin edilənə qədər, adı müxtəlif qalmaqallarda keçən Aydəm İsmayılov \”Akula Akif”in ölkədən qaçmasındna sonra ortağından zərəçəkmiş kimi \”şikayətçi” olanlardan biridir. Bundan başqa Aydəm İsmayılovun adı Milli Bank sədri Elman Rüstəmovlada müxtəlif formalarda hallanmaqdadır. Məhz adı müxtəlif qalmaqallarda keçən Aydəm İsmayılovun nazirliyin strateji yerlərindən biri olan İstehsal müəssisələri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilməsi KTN-də şok effekti yaratmışdı.

Sonradan KTN-də strateji şöbə olan İstehsal müəssisələri ilə iş şöbəsi ləvğ edildi və Aydəm İsmayılov \”Green Park Azərbaycan” MMC kimi daha bir ciddi, prestijli bir qurumun direktoruluğuna təyinat aldı.

Bildirək ki, \”Green Park Azərbaycan” MMC kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışının həyata keçirilməsi və müxtəlif xidmətlərin göstərilməsi, elmi texniki yeniliklərin, aqrar sahədə innovasiyaların tətbiq edilməsi və bu yeniliklərin digər müəssisələrə təklif edilməsi sahəsində fəaliyyət göstərir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq iştirakçıların ümumi yığıncağı tərəfindən idarə olunacaq. Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik direktor tərəfindən həyata keçirilir.

KTN-dən daxil olan ilginc məlumata görə Aydəm İsmayılovun \”Green Park Azərbaycan” MMC direktor gətirilməsi cəmiyyətin üzvülərinin ciddi narazılığına səbə olmaları ilə bərabər həmdə onların narazılığına səbəb olub. Məhz bu amillərə görə Cəmiyyətin işi son 5 ayda dayanmaqla keçib. Məlumata görə Aydəm İsmaylov \”Green Park Azərbaycan” MMC rəhbərliyinə təyinat aldıqan sonra Cəmiyyətin gördüyü bütün lahiyyələr dayanıb. Bunun digər səbəbi isə Aydəm İsmayılovun nazir İnam Kərimovun qarşısında söz verdiyi kimi \”Green Park Azərbaycan” MMC-ni maliyyə vəsaiti təmin edəcəyi idi. Ancaq Aydəm İsmayılov verdiyi sözü tutmayıb cəmiyyətə lazım olan vəsaitləri yatırtmayıb.

Daxil olan məlumatda qeyd edilir ki, \”Green Park Azərbaycan” MMC-də heç bir işlə məşğul olmayan və cəmiyyəti üzvülərinin idarəçiliyinə buraxan Aydəm İsmayılov qurumu özünə məxsus restorandan idarə edir. Həmin restoranın KTN-nin yerləşdiyi Nazirlər Kabinetinin binası ilə üz-üzə fəlaiyyət göstərdiyi bildirilir. Günün əsas iş saatlarını restoranında keçirən Aydəm İsmayılov nədənsə \”Green Park Azərbaycan” MMC kimi ciddi və prestijli bir qurumu necə inkşaf etdirilməsini belə ağlına gətirə bilmir. Çünki \”Akula Akif\”in keçmiş ortağı inkşaf yox sadəcə dağıtmağı, başqalarının hesabına havayı pullar əldə etməklə öz biznesini çiçəkləndirməkdən başqa heçnə bilmir.

Daxil olan ilginc məlumata görə Aydəm İsmayılov kimi qalmaqallı bir kadrı KTN-də vəifəyə təyin etdiyi üçün əvvəlcədən peşman olan naizr İnam Kərimov bu dəfə ondan qurtulmaq qərarına gəlib. Məlumatda nazirin Aydəm İsmayılovun xahişini edən şəxslərlə əlaqə yaradaraq onunla işləməyin çətin və problemli olduğunu dilə gətirməsidir.

Verilən məlumatda iddia edilir ki, Aydəm İsmayılovun havadarları da onun KTN-də hər hansı bir ciddi işlə məşğul olmadığını və bu quruma işə gələndən sonra adı yenədə mətbuatın gündəmində qalmasını nəzərə alaraq İnam Kərimovun fikri ilə razılaşıblar.Məlumatda görə yaxın günlərdə Aydəm İsmayılov \”Green Park Azərbaycan” MMC rəhbərliyindən göndəriləcək və onun Kənd Təsərrüfatı Nazirliyi ilə ütün əlaqələrinə son veriləcək. Çünki İnam Kərimovun KTN-də təmiz gənclərdən ibarət yaratmaq istədiyi yeni komandasında \”Akula\” Akifin sabiq ortağı Aydəm İsmayılov kimilərinin yer alacağına heç kəs inanmır.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

İnterPress.Az