“26” – “Twenty six” kafesinin sahibi axtarışa verildibackend

“26” – “Twenty six” kafesinin sahibi axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2017-ci ildə qapadılan, Bakının “Sahil bağı” (keçmiş “26 Bakı Komissarı” bağı) yaxınlığında yerləşən “26” – “Twenty six” adlı kafenin sahibi Əliyar Qasımov axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Qasımov Əliyar Ərəstun oğlu Cinayət Məcəlləsinin (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib.

Qeyd edək ki, 2017-ci ildə qapadılan “26” kafesi ilə bağlı Azərbaycan mediasında çox yazılıb.

Mətbuatda gedən məlumatlara görə, həmin kafenin sahibi Əliyar Qasımov Bakı Dövlət Universitetində Hüquq fakultəsinin dekanı olmuş professor Ərəstun Qasımovun oğludur. (lent.az)