“Azərlotereya”dan biabırçılıq: Dövlət Bayrağı Meydanının ərazisini zibillədilərbackend

“Azərlotereya”dan biabırçılıq: Dövlət Bayrağı Meydanının ərazisini zibillədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərlotereya” ASC “Bakı Marafonu 2022″nin keçirildiyi ərazidə natəmizlik yaradıb.

Bu barədə İnterpress.az-ın redaksiyasına marafonu izləmək üçün Dövlət Bayrağı Meydanının ərazisinə yollanan bir qrup şəhər sakini tərəfindən məlumat daxil olub.

İddialara görə, Dövlət Bayrağı Meydanının ərazisi xeyli sayda uduşsuz lotereya kağızlarının səpələndiyi əraziyə çevrilib. Bu isə ərazidə təmizlikçi işləyən xadimələrin əziyyətini birə beş artırıb.

Belə ki, yalnız və yalnız öz qazancını və reklamını düşünən “Azərlotereya” hətta yarışa gələn xeyli sayda iştirakçıları da öz aludəçisinə çevirməyi bacarıb. Amma orada bir manat belə udan olmayıb. Bu isə lotereya alan hər kəsin qəzəbinə səbəb olub.

Eyni zamanda ərazinin çirklənməsi və uduşsuz kağızların səpələnməsi hər kəsin etirazına səbəb olub.