Merz və Ərdoğan Qəzza zolağındakı müharibə ilə bağlı açıq şəkildə mübahisə edib.
İnterpress.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin Türkiyəyə ilk səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla Qəzza müharibəsi barədə açıq mübahisə yaşanıb.
Birgə mətbuat konfransında Mers Almaniyanın İsrailə dəstəyini vurğulayıb və bunun Almaniyanın uzunmüddətli mövqeyi olduğunu bildirib.
Ərdoğan isə bu fikirlə razılaşmayaraq, İsrailin Qəzzadakı hərbi əməliyyatlarını “soyqırım” adlandırıb və Almaniyanı baş verənləri görməməzlikdən gəlməkdə ittiham edib.
Xuraman Etibarlı
İnterpress.az






