Rusiya ulduzlarının qəribə tələbləri internetə sızıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın populyar sənətçilərinin konsert təşkilatçılarına irəli sürdükləri tələblərin (rayderlərin) siyahısı internetə sızıb.
Məlum olub ki, ulduzların tələb etdiyi qida menyusu olduqca sadədir: siyahıda heç bir spirtli içki yoxdur, əvəzində yalnız yumurta, tərəvəz, hinduşka əti və avokado yer alır.
Lakin siyahıda ən çox təəccüb doğuran məqam sənətçilərin kosmetika üçün ayrı, xüsusi bir soyuducu və arıqlamaq üçün nəzərdə tutulan dərmanlar tələb etməsidir.
Son zamanlar arıqlamaq üçün istifadə edilən xüsusi iynələr və preparatlar Rusiya ulduzlarının gündəlik gözəllik rutininin rəsmi və ayrılmaz bir hissəsinə çevrilmiş kimi görünür.

Xuraman Etibarlı
İnterpress.az






