Yerdən tapdılan pul FACİƏYƏ SƏBƏB OLDU – 9 yaşlı uşağın barmaqları QOPDUbackend

Yerdən tapdılan pul FACİƏYƏ SƏBƏB OLDU – 9 yaşlı uşağın barmaqları QOPDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

9 yaşlı uşaq şübhəli pul dəstəsinə toxunub, partlayış nəticəsində barmaqlarını itirib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Moskva vilayətinin Krasnoqorsk şəhərində 9 yaşlı Qleb adlı uşaq əlinə keçən pul dəstəsi səbəbindən ağır xəsarət alıb.

Hadisə Pionerskaya küçəsində, idman məktəbinin yaxınlığında yerləşən uşaq meydançasında baş verib.

Uşaq kikboksinq məşqinə gedərkən yerə düşmüş pul görüb. O, pulu götürmək üçün əyildiyi anda predmet partlayıb. Nəticədə uşağın barmaqları qopub və o, təcili xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları araşdırılır. Valideynlərə çağırış edilib ki, uşaqlar şübhəli əşyalara toxunmasınlar.

Xuraman Etibarlı

İnterpress.az