Bunu Millət vəkili Nizami Cəfərov \”Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu\” mövzusuna həsr olunan konfransında çıxışında deyib. Deputat qeyd edib ki, ən çox inkişaf edən sahədə belə səhvlərin olması qaçılmazdır: “Yəni, bu gün çoxlu sayda səhvlər var. Bu da Azərbaycan ədəbi dilinin şifahi üslubunun tarixinin qədim olmaması ilə əlaqədardır. Bu gün televiziya ilə məişət dilini fərqləndirmək çətindi. Bu yalnız televiziyanın günahı deyil. Təbii ki, televiziyanın dilinə məişət dili gəlməlidir”.
Millət vəkili \”Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu\” mövzusunda keçirilən konfransların ana dilinin, dövlət dilinin tətbiqinə, inkişafına çox ciddi kömək etdiyini deyib: “Burada birbaşa peşəkar məsləhətlərin verilməsini bir o qədər də vacib hesab eləmirəm. Bura dilnən işləyən, ana dilinin nə olduğunu bilən auditoriyadır. Azərbaycan dilinin normaları ilk növbədə bədii üslüb və yazıçı dili hesabına formalaşıb. Tam aydınlıqla görürük ki, müasir Azərbaycan ədəbi dilinin normalarının, onun inkişaf səviyyəsini publisistika müəyyənləşdirir. Bu gün Azərbaycan dili nə yazıçı, nə də elmi dil hesabına inkişaf eləmir”.
İnterpress.az