Abbas Əraqçı: Sabitliyin təmin olunmasında BRİKS-in iştirakı zəruridirbackend

Abbas Əraqçı: Sabitliyin təmin olunmasında BRİKS-in iştirakı zəruridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran ABŞ və İsrailin hərbi təcavüzünün beynəlxalq səviyyədə qınanmasını vacib hesab edir.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

İranın xarici işlər naziri Abbas Araqçı hindistanlı həmkarı Subrahmanyam Cayşankar arasında telefon danışığı baş tutub.

Əraqçı söhbəti zamanı bildirib ki, Tehran ABŞ və İsrailin hərbi təcavüzünün beynəlxalq ictimaiyyət tərəfindən qınanmasını vacib amil kimi dəyərləndirir.

Əlavə olaraq o qeyd edib ki, bu məsələdə BRİKS-in də rolu az əhəmiyyət kəsb etmir.

Nazirin sözlərinə görə, regionda və bütün dünyada sabitliyin, eləcə də təhlükəsizliyin təmin edilməsində sözügedən təşkilatın konstruktiv iştirakı mütləq şəkildə zəruridir.

Xuraman Etibarlı

İnterpress.az