ABŞ-nin Miçiqan ştatında sinaqoq ərazisində terror aktı törədilib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
ABŞ-nin Miçiqan ştatında dəhşətli terror aktı baş verib. Məlumata görə, naməlum şəxs Uest-Blumfild şəhərində yerləşən “Temple Israel” sinaqoqunun ərazisindəki yəhudi məktəbinə avtomobillə hücum edib.
Cinayətkar əvvəlcə nəqliyyat vasitəsi ilə binaya hücum edib, daha sonra isə avtomobildən düşərək ətrafdakı insanlara qarşı odlu silahdan atəş açıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Hazırda ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir və hücumun motivləri araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






