BP ilə müqavilə uzadıldı- siyasi, yoxsa iqtisadi addım?backend

BP ilə müqavilə uzadıldı- siyasi, yoxsa iqtisadi addım?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xatırladır ki, bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyev bp şirkətinin prezidenti Robert Dadli ilə 2014-cü ildən- “Əsrin müqaviləsi” başa çatdıqdan sonra “Azəri-Günəşli-Çıraq” yatağında əməkdaşlıq perspektivlərini müzakirə edib. bp rəhbəri deyib ki, şirkət bu yatağın gələcəkdə işlənməsində maraqlıdır.

Bu, investisiyaların davam etdirilməsi, böyük həcmdə əlavə neft hasilatı üçün imkanlar yaradacaq. Görüş zamanı “Şahdəniz-2\” layihəsinin reallaşması və ”Şəfəq-Asiman\” perspektiv strukturunda işlərlə bağlı məsələlər müzakirə olunub. Maraqlıdır, bu müqavilə strateji anlamda Azərbaycan üçün bir müdafiə buferi rolu oynayır, yoxsa iqtisadi səbəblər öndədir? Ekspertlər məsələ ətrafında fikirlərini musavat.com-la bölüşüblər.

Ekspert Natiq Cəfərli məsələ ilə bağlı musavat.com-a bildirib ki, bu razılaşmanın olması iqtisadi layihədən çox siyasi dəstək layihəsidir: “Çünki bp kimi böyük bir şirkətin Azərbaycanda qalması və indiki şərtlər daxilində müəyyən anlaşmalara getməsi ehtimalı təbii ki, bir dəstək göstəricisidir. Çünki Azərbaycanda 2024-cü ildən, bp-nin təslim müqaviləsinə imza atdığı dövr bitdikdən sonra ikinci mərhələdə Azərbaycanda ilk mərhələdə olduğu qədər neft hasilatının olması ehtimalı çox aşağıdır. Getdikcə resurslar tükənir, kifayət qədər böyük həcmli yeni resurslar, yeni yataqlar yoxdur. Amma ən azından, belə bir niyyətin olması, hökumətlə ilkin anlaşmaya getməsi həm bp şirkətinin, həm də ümumiyyətlə, Böyük Britaniyanın bir dəstək ifadəsidir. Azərbaycandakı indiki danışıqlar bunu göstərir. Detalları gələcəkdə bəlli olacaq. Bu, ilkin razllaşmadır. Bundan sonra uzun müddət danışıqlar nəticəsində kontraktın, bağlanacaq sazişin detalları müzakirə olunacaq. Təbii ki, hər bir tərəf – həm Azərbaycan, həm Britaniya tərəfi, bp şirkəti özünə daha sərf edəcək şərtlərin müqavilədə əks etdirilməsinə çalışacaq. Kifayət qədər ağır danışıqlar olacaq. İlkin niyyətin olması bp-nin Azərbaycanda gələcəkdə də işləmək arzusunu ifadə edir. Özü-özlüyündə bu faktın özü ölkə üçün və ölkə iqtisadiyyatı üçün pozitiv bir siqnaldır”.

Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, müqaviləyə daha çox iqtisadi tərəfdən baxmaq lazımdır: “Artıq bu kimi müqavilələr ilkin siyasi mahiyyətini itirib və artıq belə müqavilələr daha çox iqtisadi maraqlar üzərində qurulub. Ona görə də bu istiqamətdə bp-nin müqaviləsinə daha çox korporativ anlamda baxmaq olar. Azərbaycanla müqavilə də bu istiqamətdə dəyərləndirilməlidir. Təbii ki, bp siyasi əsaslar olmadan, siyasi yanaşma ortalığa qoyulmadan hər hansı müqavilə imzalamır. Amma ”Əsrin müqaviləsi\”ni indiki müqavilə ilə eyniləşdirmək düzgün deyil. İndiki şərtlərdə siyasi maraqlar iqtisadi amillərin arxasında qalır. Əvvəlki 1994-cü il müqaviləsi həqiqətən siyasi müqavilə idi. İqtisadi anlamdan çox siyasi məna kəsb edirdi. İndiki halda iqtisadi maraqlar, manafelər, korporativ hədəflər üçün imzalanan müqavilədir. Gözlənilən müqavilə idi\”.

İnterpress.az