Ceyms Devid Vens və Erika Kirk arasındakı səmimi qucaqlaşma söz-söhbətə səbəb olub.
İnterpress.az xəbər verir ki, səhnədəki hərəkət sosial şəbəkələrdə aktiv mübahisə yaradıb.
Missisipi Universitetində “Turning Point USA” tədbirində ABŞ vitse-prezidenti Cey Di Vens və mərhum aktivist Çarli Kirkin həyat yoldaşı Erika Kirk səhnədə səmimi şəkildə qucaqlaşıb.
Erika Kirk Vensi yaxın dost kimi təqdim edib:
Heç kim ərimin yerini tuta bilməz. Amma mən onunla vitse-prezident Cey Di Vens arasında bəzi oxşarlıqlar görürəm. Həqiqətən də görürəm.
Tədbirdə Vensin həyat yoldaşı Uşa Vens də olub. Cütlük 2014-dən nikahdadır və üç övladı var.


Xuraman Etibarlı
İnterpress.az





