Prezidentin Naxçıvan səfəribackend

Prezidentin Naxçıvan səfəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkə başçısının Naxçıvana səfəri və bir çox mühüm açılışlarda olması çox önəmli məsələdir. Digər tərəfdən Naxçıvanın coğrafi baxımdan Azərbaycanla əlaqəsinin olmaması bu bölgənin inkişafını strateji məsələyə çevirir. Ölkə başçısı Naxçıvana səfəri zamanı 3 saylı rus dilli məktəbi kollektivi ilə görüşündə Naxçıvanda yerləşən ordumuz baradə qürurla danışıb. Ölkə başçısının qeyd etdiyi kimi ”Naxçıvan ordusu çox güclüdür və qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirmək qabliyyətindədir”.

Bildiyimiz kimi Naxçıvanın böyük sərhəddi Ermənistanladır və düşmənlə üz-üzədir. Naxçıvanın iqtisadi, enerji və ordu təhlükəsizliyi dövlətmiz üçün çox vacib amildir.

Mövzu ilə əlaqədar İnterpress.az Millət vəkili Zahid Oruca müraciət edib:

Naxçıvan bəlli tarixi səbəblərlə Azərbaycandan kənar düşüb. Naxçıvanla nəqliyyat əlaqələri İran üzərindən və hava üzərindən qurulub. Belə olan təqdirdə Naxçıvan Azərbaycanla yanaşı özüdə öz strateji təhlükəsizliyini və maraqlarını təmin etmiş olur. Bu səbəbdən Prezidentin Naxçıvana səfəri çox önəmlidir. Prezident Naxçıvana səfəri zamanı orada sadə vətəndaşlarla görüş keçirdi, təhsil müəssələrinə baş çəkdi yeni sənaye komplekslərin təməlqoyma mərasimində iştirak etdi və ordunun qüvvəsini yerindəcə yoxladı.

Ermənistanla hərbi əməliyyatlar yenidən aktivləşərsə Naxçıvanın durumu necə olacaq?

Azərbaycan ordusunun çox mühüm hissəsi Naxçıvanda yerləşir. Ora elə istehkam şəraitindədir ki, düşmən üzərində qələbədə çox önəmli rol oynayır. İndiki reallıqda bir neçə mühüm amili nəzərdən keçirmək lazımdır. Birincisi,artıq Türkiyə 90-cı illərdən fərqli olaraq Azərbaycanla hərbi mütəffiqliyini gerçəkləşdirmişdir. Bununla bağlı iki ölkə arasında strteji şura formalaşdırılıb və hərbi müqavilələr imzalanıb. Türkiyə və Azərbaycanın ortaq hərbi təlimlərinin ordularımızı kifayət qədər yaxınlaşdırması buna bir nümunədir. Naxçıvanın strateji mövqeyi Azərbaycanla yanaşı Türkiyənin də maraqları çərçivəsindədir. İkincisi, “Qars” müqaviləsi yerindədir və Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Türkiyənin təhlükəsizliyi xəritəsini cızanda Naxçıvanın da adını çəkmişdir. Üçüncüsü, Ermənistan Azərbaycanla müharibəni aktivləşdirib və Naxçıvana hər hansı hücum olarsa şübhəsiz ki, Türkiyə Ermənistanla bütün sərhəd boyu döyüşə girəcəkdir. Bununla da münaqişə yeni bir fazaya keçəcək və miqyası böyüyəcəkdir. Bir məsələni unutmayın Naxçıvandan Zəngilana 42 km-dır. Bu hərbi taktiki baxımından çox önəmli məsələdir. Coğrafi baxımından çətin relyefə sahib məkan olsada, Azərbaycan Ermənistanla təkbaşına müharibə etsə Naxçıvan çox önəmli istehkamdır və qalib gəlmək üçün önəmli rol oynayır. Ermənistan tərəfi də bunu çox gözəl anlayır və o bölgələrdə atəşkəs rejiminə riayyət etməyə çalışırlar. Münaqişənin miqyası böyüyərsə Ermənistan rəhbərliyi dünya birliyinə bunu heç cür başasala bilməyəcəyini də gözəl anlayır.

Orxan Muxtarlı
İnterpress.az