Əhməd Qəşəmoğlu: “Məhbəsdə rahatlıq görən şəxs islah oluna bilməz”backend

Əhməd Qəşəmoğlu: “Məhbəsdə rahatlıq görən şəxs islah oluna bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əhməd Qəşəmoğlu: “Digər qudurğan gənc də fikirləşəcək ki, orada onsuz da mənə şərait yaradılacaq…”

Bir neçə gün öncə baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi qəzaya və aldığı canlara görə həbs edilsə də, onun həbsdəki həyatı çöldəki həyatından fərqlənmir. Belə ki, “Təzadlar”a müraciət edən, adının çəkilməsini istəməyən təcridxana əməkdaşı 1 saylı Bakı İstintaq Təcridxanasının rəhbərliyinin N.Allahverdiyevə türmədə lüks şərait yaratmaqla məşğul olduqlarını deyib.

Danılmaz faktdır ki, Azərbaycan türmələrində imkanlı və ya vəzifəli şəxslərin yaxınları üçün lüks şərait yaradılır ki, bu da onların islah olunmasına maneə törədən səbəblərdəndir. Hər bir insan səhv edə bilər. Ancaq onun etdiyi səhvin fərqinə varması və islah olunması üçün digər suçlulardan seçilməməlidir. Maraqlıdır, ümumiyyətlə türmə insanı islah edirmi?

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, türmədə rahatlıq görən şəxs islah oluna bilməz: “Bizim türmə sistemində tez-tez çalışırlar ki, dəyişikliklər etsinlər. Hətta türmənin əməkdaşları belə xarici ölkələrə gedir, oranın təcrübəsini öyrənib qayıdırlar. Tez-tez bu barədə xəbərlər də verirlər ki, bizim türmələr get gedə müasirləşir, daha da huanistləşir. Amma eyni zamanda xəbərimiz də var ki, yalnız vəzifəlilərin yaxınlarına deyil, imkanlı şəxslərə də türmədə kifayət qədər şərait yaradılır. Bu da cəmiyyətdən gizli deyil. Görünür ki, türmə sistemində bir daha həqiqətən də milli maraqlara kömək edə bilən islahatlara yenə də ehtiyac var. Çünki əgər insan doğrudan da qəza, cinayət törədibsə, ona demək olmaz ki, gəncdir. Kim olmasından asılı olmayaraq suçlu cəzasını almalıdır. Amma cəzasını alanda elə edilməlidir ki, həmin gənc oradan tərbiyə olunmuş, islah olunmuş, cəmiyyət üçün faydalı bir şəkildə çıxsın. Bu sahədə düşünürəm ki, bizim türmələrdə hələ kifayət qədər böyük problemlər var. Hələ bizim türmələr buna hazır deyil.

Bu, gözlənilən hal idi ki, nazir müavininin nəvəsi ora düşsə, ona lüks şərait yaradılacaqdı. Bu sistemin təkmilləşdirilməsinə ehtiyac var. Bu gün bizdə bu sistem arzu olunan tələblərə cavab vermir. Türmədə də rahatlıq görən şəxs islah oluna bilməz. Burada başqa bir məqam da var ki, digər qudurğan gənc də fikirləşəcək ki, orada onsuzda şərait mənə yaradılacaq. Həmin şəxs cəzadan qorxmayacaq. Ona görə elə etmək lazımdır ki, ora düşənin kim olmasında fərq olmasın. Biz bu faktora qətiyyən yol verməməliyik ki, ora düşənlərdə fərq olsun. Amma mən dediyim təkmilləşmə, islahat təlim tərbiyə sistemindədir. Yəni gəncin kimin övladı olmasından asılı olmayaraq Azərbaycan övladıdır. Ora düşübsə, bizim elə tərbiyə sistemimiz olmalıdır ki, ona yaxşı şəkildə cəmiyyət üçün faydalı bir insan kimi kənara çıxsın. Çünki hamı bilir ki, kriminal aləmdə, cinayətkarlar arasında və ya təsadüfən ora düşənlər arasında qabiliyyətli, istedadlı gənclərimiz də çoxdur. Onlar evdə aldıqları tərbiyə sisteminə görə öz enerjisini düzgün istiqamətləndirə bilmirlər. Ona görə türmə sistemində elə bir ciddi rejim yaradılmalıdır ki, ora düşən hər bir gəncimiz oradan cəmiyyətə daha faydalı şəkildə çıxa bilsin\”. (musavat)

İnterpress.az