Dünya tarixində ölkəsinə ağır zərbə vuran yeganə lider: Makronun ifşası!backend

Dünya tarixində ölkəsinə ağır zərbə vuran yeganə lider: Makronun ifşası!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir zamanlar özünü dünyadan da böyük göstərməyə çalışan Fransanın elə dünyanın gözü qarşısında necə ifşa olunduğuna tarix şahidlik edir. Təbii ki, ölkələr və dövlətlər onu idarə edən liderləri vasitəsilə tanınır, inkişaf edir və ya süqut edir.

Özünü demokratiyanın beşiyi sayan Fransa bu gün isə Makronun rəhbərliyi dönəmində diktaturanın, hegemonluğun, işğalçılığın mərkəzinə çevrilib və bu da bitib-tükənməyən iğtişaşların, parçalanmaların yaranmasına gətirib çıxarıb.

Hazırda Fransa özünün tənəzzül dövrünü yaşayır desək, yanılmarıq.

Çünki Fransa casus şəbəkəsinin ifşa olunması ilə özünü çoxdan yandırıb. Bu ölkə Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozub. Heç bir ölkə digər ölkənin daxili işlərinə qarışa bilməz və ya müdaxilə edə bilməz. Bu müdaxilələr Azərbaycana qarşı isə qəti mümkün deyil və yolverilməzdir.

Amma Fransa beynəlxalq təşkilatlarda təmsilçiliyindən sui-istifadə edərək ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışır,  təxribat planları həyata keçirir.

Amma rəsmi Paris unutmamalıdır ki, Azərbaycanın güclü ordusu, güclü iqtisadiyyatı, güclü siyasi bacarığı olduğu qədər güclü təhlükəsizlik orqanları da var. Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Fransa kimi ölkələrin bütün xarici məkrli fəaliyyətlərini hər an ifşa etməyə qadirdir. Necə ki, bunu bacardı.

Fransanın bununla da Afrikadan başlayaraq Cənubi Qafqaza kimi xarici siyasəti iflasa uğrayır, formalaşdırdığı şəbəkələr dağıdılır.

Dünya tarixində öz ölkəsinə bu qədər ağır zərbə vuran, xalqını ləkələyən ikinci lideri olmamışdır – bunu məhz cənab Emmanuel Makron bacardı!

Toğrul Allahverdili
Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri,
Azərbaycan Türkiyə Evinin icraçı direktoru