Estoniyadan NATO-ya ÇAĞIRIŞ – Rusiya qırıcıları havadabackend

Estoniyadan NATO-ya ÇAĞIRIŞ – Rusiya qırıcıları havada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Estoniya NATO-nun 4-cü maddəsini işə salaraq müttəfiqlərlə təcili məsləhətləşmələr keçirəcəyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kristen Miçal bəyanat verib.

Onun sözlərinə görə, sentyabrın 19-u səhər saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus üç MiQ-31 qırıcısı Estoniyanın hava məkanını pozub. Hadisəyə dərhal reaksiya verən NATO təyyarələri Rusiya qırıcılarını məcbur edib ki, hava məkanını tərk etsinlər.

Baş nazir bildirib ki, Estoniya bu insidenti ölkənin suverenliyinə və təhlükəsizliyinə ciddi təhdid kimi qiymətləndirir və vəziyyəti alyans müttəfiqləri ilə müzakirə edəcək.

Qeyd edək ki, NATO-nun 4-cü maddəsi alyans ölkələrinə təhlükəsizlik və ərazi bütövlüyünə təhdid yarandığı halda birgə məsləhətləşmələr aparmaq imkanı verir.

Xuraman Etibarlı

İnterpress.az