Qazaxıstan yuanla 2 milyard dollara qədər istiqraz buraxmağı planlaşdırır.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” Qazaxıstanın iqtisadiyyat naziri Jumanqarinə istinadən məlumat yayıb.
Qazaxıstan Çin yuanı ilə ilk suveren istiqrazlarını buraxmağa hazırlaşır. Həcmi 2 milyard dollara çata bilər.
Vəsaitlər qarğıdalı emalından metallurgiya və enerjiyə qədər çinli investorlarla layihələr üçün lazımdır.
Jumanqarinin fikrincə, yuanla borc almaq daha ucuz olacaq və şərq regionunda ixracyönümlü layihələr üçün daha uyğun olacaq.
Xuraman Etibarlı
İnterpress.az