Əbdürrəhim Ərdəbili Şirvani “Məzhər üt-türki”backend

Əbdürrəhim Ərdəbili Şirvani “Məzhər üt-türki”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XVIII əsrdə tərtib olunmuş Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsəri AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli tərəfindən aşkar edilmiş və elm aləminə tanıtdırılmışdır. Bu əsər Qızılbaş türkcəsinin qrammatikasını və leksik tərkibini farsdillilərə öyrətmək məqsədilə yazılmış dərslik formatlı bir lüğətdir.

Bu elmi hadisənin iki əhəmiyyətli tərəfi vardır:

  1. “Məzhər üt-türki” əsəri Azərbaycan dilinin tarixi sahəsində transliterasiya və tərcümə edilməsini gözləyən bir çox dəyərli əlyazmalardan biridir. Ona görə də Azərbaycan elmi üçün yenilikdir.
  2. Dərslik tipli bu cür əsərlərdə öz dövrünün qrammatik xüsusiyyətləri təhlil edilmiş olduğuna görə, dilçilər üçün əvəzolunmaz hazır materialdır.

               

Əbdürrəhim Ərdəbili Şirvaninin əsəri qızılbaşların dili haqqında kifayət qədər geniş məlumat verir: biz burada XVIII əsr Azərbaycan türkcəsinin fonetik, morfoloji, leksik və semantik mənzərəsini görə bilirik.

Azər­bay­can lü­ğət­çi­li­yi özü­nə­məx­sus ənə­nə­yə ma­lik ol­muş­dur. C.Qəh­rə­ma­nov qeyd edir ki, Nə­vai­nin di­li­nə həsr olun­muş lü­ğət­lə­rin məhz Azər­bay­can­da möv­cud lü­ğət­çi­lik ənə­nə­si­nə mü­va­fiq mey­da­na gəl­mə­si tür­ko­loq­lar tə­rə­fin­dən qə­bul edil­miş bir hə­qi­qət­dir. Azər­bay­can­da lü­ğət tər­ti­bi ənə­nə­si­nin əsa­sı hə­lə XII-XIV əsr­lər­də qo­yul­muş, fars­ca-azər­bay­can­ca, ərəb­cə-azər­bay­can­ca bir çox lü­ğət­lər ya­zıl­mış­dır.

Or­ta əsr­lər­də ya­zıl­mış fars­ca-türk­cə lü­ğət­lər tər­ti­ba­ti qu­ru­lu­şu­na gö­rə iki qis­mə ay­rı­lır­dı: mən­zum lü­ğət­lər və mən­sur lü­ğət­lər.

Mən­zum lü­ğət­lər, əsa­sən, uşaq­la­rın söz­lə­ri asan əz­bər­lə­mə­si və əruz vəz­ni­ni mə­nim­sə­yə bil­mə­si məq­sə­di­lə tər­tib olu­nur­du. Be­lə he­sab edi­lir­di ki, mən­zum lü­ğət­lə­rin uşaq­la­ra əz­bər­lə­dil­mə­si on­la­rın zeh­ni in­ki­şa­fı­na gə­ti­rib çı­xa­rır. Hü­sa­məd­din Xo­yi­nin türk­cə-fars­ca «Töh­fe­yi-Hü­sam» mən­zum lü­ğə­tinin (XIV-XV əsrlər) ümu­mi­lik­də 302 bey­ti var­dı.

Mənsur lüğətlər dərslik formatında olurdu. Lüğətin əvvəlində dilin qrammatik xüsusiyyətləri təhlil edilirdi, ardından sözlük verilirdi. Bu zaman sözlüyə tematik prinsip tətbiq edilirdi. Bu artıq ərəb leksikoqrafiyası ənənəsindən irəli gəlirdi. Buna misal Fəx­rəd­din Hin­du­şah Nax­çı­va­ni­nin “Si­ha­hül-əcəm” (XIII) fars­ca-türk­cə lü­ğə­tini misal gətirmək olar. Bu əsə­rə X əsr ərəb l­ü­ğət­şü­na­sı Əl-Cöv­hə­ri­nin “Tac əl-lü­ğa və si­ha­hül-ərə­biy­­yə” ad­lı izah­lı lü­­ğə­ti­nin tər­ti­ba­tı­na uy­ğun ola­­raq qa­fi­yə üsu­lun­da qu­­ru­­luş ve­ril­miş və üç his­­sə­­dən – ərəb­cə mü­qəd­di­mə, fars­ca-türk­cə lü­ğət və ərəb­­cə ya­zıl­mış fars di­li­nin qram­­­ma­ti­ka­­sın­­dan iba­rət­­dir.  “Si­ha­hül-əcəm” lü­ğə­ti qa­fi­yə üsu­lun­da tər­tib edil­di­yin­dən söz­lər lü­ğət­də axı­rın­cı hər­fi­nə gö­rə sıralanmışdır. Lü­ğət qu­ru­luş­ca söz­lə­rin so­nun­da­kı hərf­lə­rə gö­rə bab­la­ra, baş hərf­lər üz­rə isə fə­sil­lə­rə (فصل) ay­rıl­mış­dır (fəs­lul-əlif (فصل الا­ليف), fəs­lul-bə (فصل الا­ليف), fəs­lut-tə (فصل الا­ليف), fəs­lus-sə (فصل الا­ليف) və s.) və fə­sil ad­la­rı qır­mı­zı rəng­də ve­ril­miş­dir. Bu zaman feillər və isimlər ayrılmışdır.

Pred­met-te­ma­tik sis­tem (möv­zu­lar üz­rə söz­lə­rin qrup­laş­dı­rıl­ma­sı);

Qa­fi­yə üsul­lu sis­tem (söz­lə­rin ilk və son hərf­lə­ri­nin əlif­ba sı­ra­sı ilə ar­dı­cıl dü­zül­mə­si);

“Məzhər üt-türki” əsəri dörd bölmədən ibarətdir. Birinci və ikinci bölmələrin hər biri iki fəslə ayrılır. Girişdə əvəzliklərdən danışan müəllif anın, anı, ana, anda, andan işarə əvəzliyinin adlıq halda olan variantını da işlədir. Amma Azərbaycan yazılı abidələrində heç yerdə onun adlıq halda olan variantına rast gəlməmişik.

Əsərin birinci bölümü feillərə həsr olunmuşdur. Maraqlıdır ki, Əbdürrəhim Şirvani gələcək zaman şəkilçilərindən yalnız -ar, -ər şəkilçisini göstərir, lakin -acaq, -əcək şəkilçisini feili sifət şəkilçisi kimi idi köməkçi sözü ilə yanaşı işlədir: alacaq idüm, verəcəg idüm.

İkinci bölüm isimlərdən bəhs edir. İsimlərin 1-ci fəslində feil mənalı isimlərə idi hissəciyi və olmaq köməkçi feilini aid edir. İsimlərin 2-ci fəslində adlardan bəhs edir və çox zaman sözləri antonimlər şəklində verməyə çalışır. Məsələn, ağıryüngül, içrədışra, iraqyavuq və s. Müəllif çox zaman bir sözün müxtəlif fonetik variantlarını və sinonimlərini verməyə çalışır, məs, yaxşı//yaqşı, iyiyeg. Hər bir sifətin -raq şəkilçisi ilə üstünlük dərəcəsini də verir, məs., azraq, çoqraq, artuqraq, əksügraq.

Lüğətdə, əsasən, fonetik fonda hansı inkişaf mərhələlərini görə bilirik. XVII əsrdə Səfəvi sarayında iki sayı ikki şəklində deyilirdi. Biz bunu XVII əsrin əvvəlində I Şah Abbasla tanış olmaq məqsədilə Səfəvi İmperiyasına gəlmiş Pietro della Vallenin 1620-1621-ci illərdə yazdığı italyanlar üçün türk dili dərsliyi olan “Grammatica della lingva turca”-da görə bilirik.

Həmin say XVI-XVII əsrlərdə yaşayıb-yaratmış şair Məhəmməd Əmaninin şeirlərində də ikki şəklində müşahidə olunur. Məsələn:

Bu səadət ikki aləmdə yetər sidq əhliğə

Kim olubdur bəyyinati hər bəyan Qur’an sana.

Andin afətsiz iməs bir dəm bu dövri-ruzigar,

Fitnələrğə bais olmuş ikki əyyarın sənin.

Hələ XIII əsrdə Marağa ərazisində yaşamış İbn Mühənna Cə­ma­ləd­dinin “Ki­ta­bu hil­yə­tül-in­san və həl­bə­tül-li­san” lüğətinin Aropa nüsxəsində iki sayının ikki şəklində yazılmışdır.

Amma XVIII əsrə aid Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türki” əsərində qızılbaşların iki sayını bir k ilə dediyi göstərilir. Y samiti sözlərin əvvəlindən artıq düşüb: il, iyirmi, ulduz, uzun, üz, üzüm, üzük şəklində sözlərin işləndiyi müşahidə olunur.

Üçüncü bölüm hərflər bölümü adlansa da, burda ayrılıqda məna ifadə etməyən şəkilçi və köməkçi nitq hissələrini buraya aid etmək istəyir, amma qarışıqlığa yol verir: bənzətmək feilini, dün zərfini və keçən feili sifətini  də buraya daxil edib.

Dördüncü bölümdə bir çox leksik, semantik və fonetik arxaizmlər müşahidə olunur: çəndir – süst və yumşaq ət (şındır), çibin – milçək, çürük – parça və paltarın aşağısı, çögür – saz adı, don – qaba, arxalıq, ləbbadə kişi geyimini ifadə edir; duvaq – yaşmaq, dönük – düşmən; dolay – dağın döngəsi; sövlə səvlə – de və danış; savuq – soyuq və s.

Xədicə Heydərova

AMEA Nəsimi adına Dilçilik İnstitutunun

Azərbaycan dilinin tarixi şöbəsinin müdiri,

fil.ü.f.d,dos.