Masallıda gənc ailələrə dəstək layihə çərçivəsində tədbir keçirib – FOTOLARbackend

Masallıda gənc ailələrə dəstək layihə çərçivəsində tədbir keçirib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsilə və Uşaqlara Yardım İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Gənc ailələrə mənəvi dəstək” adlı layihənin icrasını davam etdirir.

Təşkilatdan verilən məlumata görə, 3 ay müddətində Masallı rayonunda (Ərkivan qəsəbəsi, Seybətin, Şərəfə, Həsənli, Səmidxan kəndləri) həyata keçiriləcək layihənin məqsədi gənclərə milli -mənəvi, əxlaqi dəyərləri mühafizə etməyi, milli ailə dəyərlərini özündə ehtiva edən müasir ailə qurmağı və qorumağı təlqin etməkdir. Layihədən gözlənilən dəyişiklik- müasir ailə modelində milli ailəyə xas olan milli-mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün bu günkü gəncliyin rol və vəzifələrini bir daha dərk etmələridir.

Layihə çərçivəsində növbəri tədbir avqustun 20-də Masallı rayonunun Seybətin kəndində keçirilb. 22 nəfərin iştirak etdiyi tədbiri Təhsilə və Uşaqlara Yardım İB-nin sədri Ələsgər Hüseynov açıb. Tədbirin təlimçisi Nabat Qəniyeva iştirakçılara 2 vərəq paylayıb. Paylanan vərəqlərin birində “Mlli-mənəvi və əxlaqi dəyərləri necə başa düşürsunuz?”, digər vərəqdə isə “Ailə təməli hansı amillərə söykənərək qurulmalıdır?” suallarına cavab yazmaları xahiş olunub. Müzakirələr zamanı verilən cavablar oxunub, ümumiləşdirilib və təhlil edilib.

Tədbirdə müzakirələr aşağıdakı mövzular istiqamətində aparılıb;

-Milli-mənəvi, əxlaqi dəyərlər; tarixi köklərimiz

-Milli ailə və müasir ailələr haqda düşüncələr

-Ailədaxili münasibətlər (hörmət, güzəşt, qayğı, şiddət və s ) və nəticələr- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

-Boşanmalar və fəsadları- gənclərin düşüncəsində və mütəxəsislərin gözü ilə.

-Böyüklərin tövsiyyəsi müasir gənclərə nə verir?

-Qarışıq ailələr və milli ailə dəyərləri.

-Qloballaşma və mədəni inteqrasiya şəraitində sosial şəbəkələr- zərurət yaxud milli- mənəvi, əxlaqi dəyərlərə zərbə (Gənclərin ailə həyatı qurmasında , boşanmada və tanışlıq-dostluq və s prosesində rolu)

Müzakirələr zamanı iştirakçıların bir qismi, xüsusən, Həsənli kənd məktəbinin müəllimləri və məktəbin direktoru Yaqub Ələmov ailələrin dağılmasında səbəb kimi qanunlarımızın qadınlara daha çox imkan yaratmasını əsas gətiriblər. Qeyd olunub ki, bəzi qadınlar aliment almaq üçün həyat yoldaşlarından ayrılırlar.

Gənclər isə ailə qurarkən qarşılıqlı güzəşt, sevgi olmasını önə çəkiblər.

Daha sonra müzakirələr çay süfrəsi ətrafında davam edib.