Nazirlərimizin sifariş verdikləri “Lifan”lar (FOTO)backend

Nazirlərimizin sifariş verdikləri “Lifan”lar (FOTO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyi yaxın vaxtlarda ilkin mərhələdə Naz Lifandan 50 avtomobilin alınmasını planlaşdırır.
Müdafiə Nazirliyi həmişə yerli istehsal olan, Azərbaycanda yığılan və quraşdırılan nəqliyyat vasitələrinə, hərbi və xüsusi texnikaların istifadəsinə daim üstünlük verir.

Son iki ildə qoşunlar Azərbaycanda hazırlanan yüksək keçidli, praktiki baxımdan sərfəli, qənaətcil və yerli iqlim şəraitinə cavab verən MAZ, KamAZ markalı təkərli avtomobil və xüsusi texnika ilə təmin olunub. Bu texnikalar qısa müddətdə sınaqdan çıxarılıb və müsbət rəy qazanıb.

Nazirlərimizin sifariş verdikləri "Lifan"lar (FOTO)

Artıq 1 ildən çox müddətdir ki, qoşunlarda, həmçinin \”NAZ-Lifan\” markalı minik avtomobillərindən də istifadə edilir və onlar da öz praktikliyini sübut ediblər. Odur ki, nazirlik də bu tip markalı maşınları almağa hazırlaşır.

Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev də artıq bir sıra nazirliklərin, şirkətlərin NAZ markalı maşınlardan sifariş verdiyini bildirdi. Onun sözlərinə görə, artıq sifarişlərin sayı həddindən artıq çoxdur:

\”Əvvəllər 3-4 aya satdığımız avtomillərin sayı qədər maşınıarı indi bir günə sifariş verirlər. Sifarişçilər arasında kifayət qədər yüksək vəzifə sahibləri, nazirlər, o cümlədən, Gəncə avtomobil zavodu, Azərbaycan Dövlət Sığorta şirkəti, \”Azpetrol\” şirkətinin rəhbərlikləri də var. Düzdür, elə modellər var ki, hazırda bizdə yoxdur, amma tezliklə onların da hissələi gətiriləcək. Hazırda Çində bayram günləridir, fevralın 14-dən sonra bizim ora səfərimiz gözlənilir. Maşın hissələrinin qiymətləri ilə bağlı onlarla danışıqlar etmək fikrindəyik\”, – deyə direktor vurğulayıb.

Musa Abdullayev onu da əlavə etdi ki, məmur və nazirlərin ən çox sifariş verdikləri maşınlar \”Lifan 720\”, \”Lifan 820\” və \”Lifan- X60\”-dır. Direktor deyib ki, sifarişlər indidən götürülsə də maşınların hissələrinin gətirilməsi, yığılması uzun çəkdiyindən, onların hazırlanmasına apreldən sonra başlanılacaq.

Nazirlərimizin sifariş verdikləri "Lifan"lar (FOTO)

Nazirlərimizin sifariş verdikləri "Lifan"lar (FOTO)

Yanvarın 26-dan prezident İlham Əliyev Azərbaycan məmurlarına xidməti maşın kimi Naxçıvanda istehsal edilən \”NAZ Lifan\” markalı maşınlardan istifadə etməyi məsləhət görüb. O deyib ki, indi o vəziyyət deyil ki, kimsə özü üçün xüsusi bir avtomobil alsın, özü də dövlət hesabına. \”Bizim Naxçıvanda avtomobil zavodumuz var, dövlət qurumları oradan alsınlar. Yaxşı da maşınlardır. Heç xarici maşından o qədər də fərqlənmir\”.

Naxçıvan Avtomobil Zavodunun (NAZ) – 2006-cı ildə Naxçıvan Muxtar Respublikasında əsası qoyulan avtomobil zavodudur. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes-forumu çərçivəsində Naxçıvan Avtomobil Zavodu və Çinin \”CHONGQING LIFAN INDUSTRY (GROUP) IMP. & EXP. CO., LTD.\” Avtomobil Korporasiyası arasında əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən, Naxçıvan şəhərində \”LİFAN\” markalı minik avtomobillərinin istehsalı təşkil olundu. Naxçıvan Avtomobil Zavodu 2010-cu ilin yanvar ayının 11-də istismara verilib.

Nazirlərimizin sifariş verdikləri "Lifan"lar (FOTO)

Dövlət məmurlarının yerli avtomobillərdən istifadəsi dünyanın əksər ölkələrində də müşahidə olunur, hətta, demək olar ki, bu, bəzi ölkələrdə məcburi qaydadır. Məsələn, Rusiya və Çin çoxdan bu addımı atıb. Ötən ilin oktyabr ayında Çeçenistan rəhbəri Ramzan Kadırov bütün məmurlara yalnız yerli maşınlardan istifadə etmələrini söyləyib. Prezident \”Çeçenavto\” zavodunda istehsal olunan\”Lada-Vesta\” markalı maşınların yerli şəxslər tərəfindən alınmasının daha məqsədəuyğun olduğunu bildirib. Hətta ölkə prezidenti də ilk olaraq bu maşından istifadə edib və onun rahatlığının heç də xaricilərdən geri qalmadığını deyib.

Vladimir Putin ilk olaraq \”Lada-Vesta\”dan istifadə edir

Öz yerli maşınlarımızı sifariş vermək, onlardan istifadə etmək onlara verilən pulun ölkədaxildə qalmasına, xaricə xərclənməməsinə səbəb olacaq. Yəni bununla həm israfçılığın qarşısı alınar, həm də xərclənən pullar yenidən dövlət büdcəsinə qayıdar.(anspress)

İnterpress.az