Misir İsraili sərt reaksiya ilə HƏDƏLƏDİbackend

Misir İsraili sərt reaksiya ilə HƏDƏLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir İsraili HƏMAS liderlərini öz ərazisində öldürərsə, ‘sərt cavab verəcəyi ilə bağlı xəbərdar edir.

İnterpress.az xəbər verir ki, bu barədə Misir xüsusi xidmət orqanları məlumat yayıb. Məlumata görə, Qahirədə HƏMAS liderlərinə qarşı sui-qəsd cəhdlərinin qarşısı alınıb.

Misir hakimiyyəti İsrailə xəbərdarlıq edib ki, belə addımlar ölkənin suverenliyinin pozulması və müharibə elanı kimi qəbul olunacaq.

Qeyd olunub ki, son aylarda Misir atəşkəs danışıqları zamanı da daxil olmaqla bir neçə oxşar planı bloklayıb.

Bundan əlavə, Qətərdəki İsrail hücumundan sonra Misir İsraillə koordinasiyanı dayandıracağını bildirib.

Xuraman Etibarlı

İnterpress.az