Məktəb mühasibi 2,1 milyon lari mənimsədiyinə görə SAXLANILDIbackend

Məktəb mühasibi 2,1 milyon lari mənimsədiyinə görə SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tbilisidə məktəbin mühasibi 2,1 milyon laridən çox (təxm. 1 milyon 328 min man.) pul mənimsədiyinə görə saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Gürcüstan Prokurorluğunun məlumatına görə, “Altıncı müəllif məktəbi”nin mühasibi vəsaitləri əməkhaqqı və avans adı altında öz hesabına köçürüb.

Saxlanılan şəxsi 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası təhdid edir.

Prokurorluq onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edir.

Xuraman Etibarlı

İnterpress.az