Suriya və ABŞ danışıqlar aparıb.
İnterpress.az xəbər verir ki, Suriya prezidenti Əl-Şaraa ABŞ-nin Mərkəzi Komandanlığının rəhbəri Kuperi, Suriyə üzrə xüsusi nümayəndə Baraqı və yüksək səviyyəli Amerika nümayəndə heyətini qəbul edib.
Tərəflər Suriya və regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş siyasi və hərbi əməkdaşlığı müzakirə ediblər.
Mənbələr görüşü “müsbət” adlandırıb. Onlar bildiriblər ki, hər iki tərəf strateji münasibətlərin dərinləşdirilməsində və müxtəlif səviyyələrdə dialoqun genişləndirilməsində maraqlı olduğunu ifadə edib.
Xuraman Etibarlı
İnterpress.az