“Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr Münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirilibbackend

“Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr Münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr Münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.

İnterpress.az xəbər verir ki, Şimali Kipr Türk Respublikasının tanınmış siyasətçisi, beynəlxalq münasibətlər üzrə ekspert, professor Kudret Özersayın moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, Kuzey Kıbrıs Universitetlər Birliyinin sədri Selman Arslanbaş, Türk Birliyi Dayanışma Dərnəyinin sədri Güven Arıklı, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər, Azərbaycan-Şimali Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu, Türkiyədən və Şimali Kipr Türk Respublikasından gələn qonaqlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili Azərbaycan və Şimali Kipr münasibətlərindən bəhs edib, gələcəkdə iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri barədə məlumat verib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanla Şimali Kipr birgə tarixi günlər yaşayır.
Deputat Vüqar İskəndərov Azərbaycanın bütün sahələrdə Şimali Kiprin yanında olduğunu qeyd edib.
Kuzey Kıbrıs Universitetlər Birliyinin sədri Selman Arslanbaş bildirib ki, Şimali Kiprlə Azərbaycanın istər təhsil, istər mədəniyyət, istərsə də iqtisadi sahələrdə ikili münasibətlərinin inkişafına inanır: “Ölkəmizin TDT-yə müşahidəçi üzvü seçilməsi türk dünyası ilə əlaqələrin genişləndirilməsi üçün xüsusi önəmə sahibdir”.

Sonda çıxış edən beynəlxalq münasibətlər üzrə ekspert, professor Kudret Özersay Azərbaycanla bağlı təəssüratlarını bölüşüb: “Üç gündür ki, Bakıdayam və özümü vətənimdəki kimi hiss edirəm. 90-cı illərdə Azərbaycandan ölkəmizə təqaüdlə oxumağa gələn tələblər vardı. Biz qısa müddət sonra Azərbaycana qarşı edilən haqsızlıqları, yaşanan işğalı və onun nəcitləri barədə eşitdik. Bizim könlümüz hər zaman Azərbaycandan yana olub. Bizlər də Şimali Kipr türkləri olaraq böyük haqsızlıqlara məruz qalmışıq. Ona görə Azərbaycanın məruz qaldığı haqsızlıqları çox yaxşı başa düşürük”.
Daha sonra Kudret Özersay Şimali Kiprlə Azərbaycan münasibətlərindən, Şimali Kiprin tarixindən və keçdiyi azadlıq mübarizəsindən bəhs edib.

Tədbir gənclərin suallarının cavablandırılması və fikir mübadiləsi ilə sona çatıb.
Xatırladaq ki, beynəlxalq konfrans ŞKTR-nın Türk Birliyi Həmrəylik Dərnəyi, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi və “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.