ABŞ nümayəndə heyəti depozitləri qiymətləndirmək üçün ilk dəfə Ukraynaya səfər edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın iqtisadiyyat, ətraf mühit və kənd təsərrüfatı naziri Sobolev məlumat verib.
ABŞ nümayəndə heyəti Ukraynanın Kirovoqradska vilayətində yerləşən yataqlara ilk dəfə səfər edib.
Səfərin məqsədi Ukraynanın Bərpa İnvestisiya Fondunun start layihələri çərçivəsində mineral ehtiyatların hasilatı və emalı imkanlarını qiymətləndirməkdir.
Nazirin sözlərinə görə, bölgədə hazırda titanın hasilatı aparılır, gələcəkdə isə sirkonium yataqlarının işlənməsi nəzərdə tutulur.
Həmçinin ərazidə əsasən atom sənayesində və aviasiya sahəsində istifadə olunan hafnium ehtiyatlarının da ola biləcəyi qeyd edilib.
Xuraman Etibarlı
İnterpress.az