Rusiyalılara vizaları tam qadağan etmək mümkün deyil.
İnterpress.az xəbər verir ki, bu barədə Avropa İttifaqının təhlükəsizlik və miqrasiya məsələləri üzrə komissarı Maqnus Brunner bildirib.
O deyib ki, vizaların verilməsi üzv ölkələrin səlahiyyətinə daxildir və Aİ-nin rusiyalılara vizaların tam qadağan olunması imkanları yoxdur.
Onun sözlərinə görə, bəzi üzv dövlətlərdə rusiyalılara verilən vizaların sayı artır ki, bu da Avropa Komissiyasında narahatlıq doğurur.
Xuraman Etibarlı
İnterpress.az