Çində zibil ÇATIŞMAZLIĞI: Tullantı zavodları İŞSİZ QALIBbackend

Çində zibil ÇATIŞMAZLIĞI: Tullantı zavodları İŞSİZ QALIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində tullantı yandırma zavodlarını işlətmək üçün kifayət qədər tullantı yoxdur.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr yazır ki, Çin hökuməti son illər tullantıların utilizasiyası sahəsinə milyardlarla dollar sərmayə qoyaraq ölkə boyu minlərlə müasir yandırma zavodları inşa edib.

Hazırda Çində belə müəssisələrin sayı 1000-dən çoxdur və bu, dünya üzrə mövcud güclərin yarısından çoxunu təşkil edir.

Zavodlar gündəlik 1,1 milyon ton tullantı yandırmaq imkanına malikdir. Bu göstərici hökumətin təsbit etdiyi normativlərdən artıq olduğundan müəssisələrin tam gücü ilə işləməsinə ehtiyac qalmır.

Nəticədə bəzi zavodlar fəaliyyətini dayandırmalı olur. Digərləri isə xammal qıtlığını kompensasiya etmək üçün inşaat meydançalarından çıxan sənaye tullantılarını və ya yerli bələdiyyələrdən satın alınan məişət zibillərini yandırmağa məcbur qalır.

Xuraman Etibarlı

İnterpress.az