Bakı şəhərinin Səbail rayonunda “Torqovı” kimi tanınan əraziyə avtomobillərin girişinə şənbə, bazar və bayram günləri məhdudiyyət qoyulur. Lakin iddiaya görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) əməkdaşları 10-15 manat rüşvət müqabilində avtomobillərin bu əraziyə girişinə icazə verir.
Bununla bağlı İnterpress.az-a sürücülər tərəfindən bir neçə şikayət daxil olub. Sürücülərin bildirdiyinə görə, şənbə-bazar və bayram günləri 10-15 manatlarını AYNA-nın əməkdaşlarına “peşkəş” verən sürücülərə “yaşıl işıq” yandırılır.
İddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
İnterpress.az