Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıbbackend

Gürcüstan hökumətinin yeni tərkibi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni hökumətdə xarici işlər naziri, ədliyyə naziri, ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri dəyişəcək.

İnterpress.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.

O, Xarici İşlər Nazirliyinin rəhbəri postuna parlamentin hakim əksəriyyətindən olan deputat Maka Boçorişvilinin namizədliyini təqdim edəcək.

Baş nazirin sözlərinə görə, ədliyyə naziri postuna isə yeni hökumətə parlamentin hakim əksəriyyətinin liderlərindən biri olan Ənri Oxanaşvili təklif ediləcək.

Ətraf mühitin qorunması və kənd təsərrüfatı naziri vəzifəsinə namizəd kimi isə Baş nazir başqa bir hakim əksəriyyət üzvü olan David Songulaşvilini irəli sürüb.”Report”