Beyrutda PARTLAYIŞ: Rusiyalı gəmi sahibi HƏBS OLUNDU – VİDEObackend

Beyrutda PARTLAYIŞ: Rusiyalı gəmi sahibi HƏBS OLUNDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-ci ildə Beyrut limanında baş verən partlayışla bağlı bir rusiyalı həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bolqarıstanda “Rosus” quru yük gəmisinin sahibi, Rusiya və Kipr vətəndaşı İqor Qreçuşkin həbs edilib.

Məhz onun gəmisindən boşaldılan ammonium selitra 2020-ci ildə Livanın paytaxtı Beyrut limanında dağıdıcı partlayışa səbəb olmuşdu.

Həmin faciə nəticəsində şəhərdə böyük dağıntılar baş vermiş, 200-dən çox insan həlak olmuş, minlərlə adam yaralanmışdı.

İstintaqın gedişində Qreçuşkinin məsuliyyət dərəcəsi ilə bağlı uzun illərdir mübahisələr gedirdi.

Xuraman Etibarlı

İnterpress.az