Çarli Kirkə SUİ-QƏSD: Solçu radikallar əvvəlcədən məlumatlı ola bilər – FOTObackend

Çarli Kirkə SUİ-QƏSD: Solçu radikallar əvvəlcədən məlumatlı ola bilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Solçu radikallar Çarli Kirkə cəhddən əvvəldən xəbər tutmuş ola bilər.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ-nin “New York Post” qəzeti məlumat yayıb.

ABŞ federal agentləri transseksualları dəstəkləyən təşkilatların və qatilin çevrəsindən olan şəxslərin Kirkə sui-qəsd planlarından xəbərdar olması şübhəsini yoxlayır.

Əsas şübhəli, 22 yaşlı Tayler Robinson hazırda həbsdədir və bu günə qədər mümkün cinayət ortaqları haqqında səssiz qalıb.

Araşdırmanın mərkəzində “Armed Queers SLC” qrupu dayanır. Qrup sui-qəsddən sonra Instagram hesabını silib. Şübhəlilər tərəfindən sosial şəbəkələrdə yayılan yazılar, həmçinin TikTok videoları, sui-qəsdin əvvəlcədən bilinməsi ehtimalını artırır.

Utah Universitetində 2023-cü ildə qrupun təşkil etdiyi tədbirdə “qeyri-ənənəvi müqavimət” mövzusunda afişələrdə silah, sərp və molot simvolu, həmçinin göyqurşağı bayrağı təsvir olunub.

Arizona qubernatoru Spenser Koks bildirib ki, şübhəlilərin radikallaşması və solçu ideologiyaya məruz qalması motiv ola bilər. FTB hələ araşdırma barədə şərh verməyib.

Xuraman Etibarlı

İnterpress.az