Ermənistanın təhlükəsizliyinə KTMT-dən real alternativ yoxdur – Kopırkinbackend

Ermənistanın təhlükəsizliyinə KTMT-dən real alternativ yoxdur – Kopırkin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın təhlükəsizliyini təmin etmək üçün KTMT çərçivəsində erməni-rus əməkdaşlığına real alternativ yoxdur.

İnterpress.az xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib.

O, Ermənistanın KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 28-də keçiriləcək sessiyasında mümkün iştirakını belə şərh edib:

“Ermənistanın təhlükəsizliyini təmin etmək üçün KTMT çərçivəsində erməni-rus əməkdaşlığına real alternativ yoxdur”.

Diplomatın sözlərinə görə, Moskva Ermənistanın Avrasiya qitəsində bərabər və bölünməz təhlükəsizlik sisteminin inkişaf etdirilməsi səylərində fəal iştirakına ümid edir.

Kopırkin həmçinin ilin sonuna kimi İrəvanla Bakı arasında sülhün mümkün imzalanmasına münasibət bildirib.

O vurğulayıb ki, “region üçün taleyüklü sənəd” “bütün qarşılıqlı narahatlıqların ədalətli həllinə” əsaslanmalıdır.

Xuraman Etibarlı

İnterpress.az