GTİD İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıbbackend

GTİD İrəvanda Azərbaycan Bayrağının yandırılması ilə bağlı bəyanat yayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi (GTİD İB) bəyanat yayıb.

İnterpress.az xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın bayrağı yandırılmışdır. Bununla da televiziya vasitəsilə canlı yayımlanan mərasimdə bir erməni nəfərinin timsalında Azərbaycana qarşı növbəti dəfə kin, küdurət və nifrət nümayiş etdirilmişdir.

Ermənistan dövlətinin qanunvericiliyinə əsasən, başqa bir ölkənin atributlarını təhqir etməyin cinayət sayılmasına baxmayaraq, hadisəni törədən şəxsə heç bir cəza tədbiri tətbiq edilməmiş və həmin şəxs sərbəst buraxılmışdır. Bununla yanaşı Azərbaycan bayrağının yandırılması Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak etdiyi mərasimdə alqışla qarşılanıb və hadisəni törədən cinayətkar isə ermənilər arasında qəhrəman kimi təqdim edilib.

Baş verən bu xoşagəlməz, qəbuledilməz və yolverilməz hadisə bir daha erməni barbarlığının əyani göstəricisidir.

Tarixən xalqımıza qarşı törətdikləri faciələr, soyqırımıları və terror hadisələri ilə məşhur olan mənfur qonşularımız  öz çirkin niyyətlərindən heç bir zaman əl çəkməmişlər. Onlar əsrlər boyu öz xislətlərini daha da inkişaf etdirmiş, daima azərbaycanlılara və Azərbaycan dövlətinə qarşı təxribatlara cəhd etmişlər.

Bütün bunlar isə Azərbaycana və azərbaycanlılara qarşı etnik nifrət siyasətinin dövlət səviyyəsində aparıldığını bir daha təsdiq etmiş olur.

Bununla da Azərbaycanla Ermənistan arasında üzərində işlənilən sülh danışıqlarına xələl gətirilir, iki ölkə arasında münasibətlərin normallaşması gecikdirilir.

“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan bayrağına qarşı törədilmiş cinayəti sərt şəkildə qınayır, Ermənistan dövlətini xalqımıza və ölkəmizə qarşı yürütdüyü bu çirkin siyasətdən çəkinməyə çağırır və Azərbaycan bayrağını nümayişkəranə şəkildə yandırmış şəxsin isə məsuliyyətə cəlb olunmasını tələb edir”.