Filippin sahillərində güclü zəlzələ olubbackend

Filippin sahillərində güclü zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filippin sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri təxminən 679 min nəfər əhalisi olan General Santos şəhərindən (Mindanao adaları) 138 km şərqdə, zəlzələ ocağı 102 km dərinlikdə yerləşib.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.