Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıbbackend

Azərbaycan Rusiya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyə yaxın artırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin l rübündə Azərbaycan Rusiya iqtisadiyyatına 18,4 milyon ABŞ dolları birbaşa investisiya qoyub.

İnterpress.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın Rusiya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 2,2 %-dən 5,9 %-ə çatıb.

Rüb ərzində Rusiya isə Azərbaycan iqtisadiyyatına 64,3 milyon ABŞ dolları birbaşa investisiya yatırıb. Bu, 1 il əvvələ nisbətən 15,8 % çoxdur.

Hesabat dövründə Rusiyanın Azərbaycanın iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 3,7 %-dən 4,2 %-ə çatıb.

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycandan xaricə yönəldilmiş birbaşa investisiyalar 315,1 milyon ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az), ölkəyə xaricdən cəlb edilmiş birbaşa investisiyalar isə 1 milyard 519 milyon ABŞ dolları (0,7 % çox) təşkil edib.