Tramp Qəzzada vəziyyətin nizamlanmasına çağırıbbackend

Tramp Qəzzada vəziyyətin nizamlanmasına çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Qəzza zolağında vəziyyətin nizamlanmasına və girovların azad edilməsinə çağırış edib.

İnterpress.az xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında yazıb.

“Qəzza ilə bağlı razılaşma lazımdır, girovlar geri qaytarılmalıdır!!!” – deyə o yazıb.

Bundan əvvəl Tramp Qəzza sektorunda münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, ABŞ-ın İranda nüvə obyektlərinə endirdiyi zərbələr Qəzza anklavında saxlanılan girovların azad olunmasına təkan verə bilər.