Hərbi hissədən silahla qaçan hərbçi 2 nəfəri GÜLLƏLƏDİ – FOTO/VİDEObackend

Hərbi hissədən silahla qaçan hərbçi 2 nəfəri GÜLLƏLƏDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada hərbçi hərbi hissədən qaçaraq 2 nəfəri güllələyib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məliumat yayıb.

Bildirilir ki, hərbi hissədən silahla qaçan hərbçi iki nəfəri güllələyərək Volqoqrad vilayətinin Petrov Val şəhərinə girib yoxa çıxıb.

Məlumata görə, 34 yaşlı hərbçi Mixail Valkoviç könüllü olaraq silahla hərbi hissəni tərk edib. O, şəhər kənarındakı tərk edilmiş quşçuluq fermasının yaxınlığında keçmiş həyat yoldaşının yeni sevgilisi ilə görüşməyi təşkil edib.

Yeni sevgilisi “görüş”ə gəlməyib, dostlarını ora göndərib. Valkoviç görüşə yad adamların gəldiyini görən kimi dərhal atəş açıb.

Hər iki şəxs yaralanıb, birinin vəziyyəti ağırdır. Şəhər patrul və hərbi polis əməkdaşları tərəfindən mühasirəyə alınıb.

Xuraman Etibarlı

İnterpress.az