Goranboyda minik maşını aşıb, xəsarət alanlar varbackend

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədovun idarə etdiyi “Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, minik maşını yolun kənarına aşıb.

Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov, 1953-cü il təvəllüdlü Aslan Məmmədov xəsarət alıblar. Yaralılar Təcili yardım maşını ilə Mərkəzi Xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa