ABŞ-Çin “müharibə”si BAŞA ÇATDI: Trampın geri addım atması gözlənilən idi – ŞƏRHbackend

ABŞ-Çin “müharibə”si BAŞA ÇATDI: Trampın geri addım atması gözlənilən idi – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və Çin arasında istisadi-ticari müharibə başa çatıb. Hər iki tərəf bir-birinin mallarına tətbiq olunan rüsumları müvəqqəti olaraq azaltmaq barədə razılığa gəlib. Həftəsonu Cenevrədə başa çatan danışıqlardan sonra tərəflərin birgə bəyanatı bazar ertəsi dərc edilib. Razılaşmaya əsasən, ABŞ rüsumları mayın 14-dək 145%-dən 30%-ə, Çin isə rüsumları 125%-dən 10%-ə endirəcək. Bəyanatda qeyd olunub ki, tərəflər iqtisadi və ticarət məsələləri üzrə müzakirələri davam etdirmək üçün mexanizm yaradacaqlar.

Mövzunu İnterpress.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli şərh edib.

Ekspert bildirib ki, Trampın geri addım atması gözlənilən idi.

“Əlbəttə, ABŞ-nin geriyə addım atacağı əvvəldən gözlənilən idi. Sadəcə olaraq, Tramp spontan bir siyasətçidir, eyforik bir siyasətçidir. O, ilkin mərhələdə öz salahiyyətlərinin icrasına başladığında çox eiforiyalı idi.

Artıq həmin o eyforiya dönəmi keçib gedib. Yüz gün ərzində demək onun reytinqinin aşağı düşməsi ona yaxşı dərs verdi və bundan sonra o çalışacaq ki, optimal və ağlabatan qərarlar versin, köməkçiləri ilə, katibi ilə, vice prezidentləri ilə məsləhətləşsin. Yəni, ümumi konsensusa gəlinmiş qərarların qəbul edilməsinə və icrasına bundan sonra şərait yaranacaq.

Əslində, Tramp düşünürdü ki, Çin onun qarşısından qorxub qaçacaq və o, iqtisadi rıçaqlarla Çinə siyasi təzyiqlər göstərəcək. Amma Tramp hesablamırdı ki, Çin iqtisadi baxımdan artıq Amerikadan güclüdür, Tramp bunu düşünmürdü.

Bilirsiniz, Tramp həm də çox az hesablayan, qərarları əsaslandırmayan bir siyasətçidir.

Ona görə də Amerikanı bu üç ay ərzində demək olar ki, dalana dirədi. İndi o, komandasının köməyi ilə ölkəni bu dalandan çıxartmaq üzərində iş aparır, işləyir.

Optimal, elmi əsaslandırılmış addımlar atılacağı gözlənir. Yəni, qısa desək, Trampın prezidentliyinin eyforiya dönəmi keçib getdi O anladı ki, hər şey onun düşündüyü kimi deyil, böyük fərqləri var onun düşüncələri ilə reallıq arasında.

İndi o, reallıqları düşüncələrlə uyğunlaşdırmaq mərhələsinə qədəm qoyub və bu mərhələdə hələ çox şey dəyişəcək”, – ekspert vurğulayıb.

Xuraman Etibarlı

İnterpress.az